Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.
APA NTV-yə istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Azərbaycana başsağlığı verib. Qeyd edib ki, "Daima can Azərbaycanın yanındayıq”.