Üç avtomobil toqquşdu, yaralı var
İsmayıllıda zəncirvarı yol qəzası baş verib
Hadisə İsmayıllı-Qaraməryəm avtomobil yolunun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Havanın dumanlı olması səbəbindən baş verən hadisə zamanı “Vaz 2106”, “Mitsubişi” və “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə sürücülərdən biri xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.
Hadisə iştirakçılarından birinin İsmayıllıya yas mərasiminə getdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
