Üçtərəfli görüşdə hansı məsələlər müzakirə ediləcək?

# 20:00
10 noyabr 2021

Sentyabrın 27-də başlayan hərbi əməliyyatlar ermənilərin və onun havadarlarının iddiasına həmişəlik zərbə vuraraq regionda yeni reallığın başlanğıcını qoydu. Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda Azərbaycanın siyasi və hərbi diktəsi ilə yeni geosiyasi və geoiqtisadi konfiqurasiyasının formalaşmasının başlanğıcı qoyuldu. 44 günlük davam edən müharibə nəticəsində Ermənistan rəzil şəkildə məğlub olaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu, öhdəliklər götürdü. Yəni ki, 10 noyabrda bağlanan üçtərəfli bəyanat sənədi Ermənistanın faktiki olaraq məğlubiyyət sənədidir.

 

APA TV-yə açıqlamasında deputat Elman Nəsirov deyib ki, 10 noyabr bəyanatı təkcə atəşkəs sənədi deyil, həm də müharibənin bitmə, yeni reallıqların yaranma başlanğıcının sənədidir. O əlavə edib ki, Ermənistan istəsə də, istəməsə də bu sənədi imzalamağa məcbur oldu: “10 noyabr sənədi də bir daha Ermənistanın bütün məğlubiyyətini ortaya qoydu. Ermənistan istəsə də, istəməsə də bu sənədi imzalamağa məcbur oldu. Bu hətta elə bir biabırçı məğlubiyyət idi ki, Ermənistan baş naziri imzalanma mərasiminə qatılmadı. Bu günə kimi də məlum deyil ki, o, hansı şəraitdə bu sənədi imzalayıb. Bununla da bu sənəd təkcə atəşkəs sənədi deyil, həm də müharibənin bitmə və yeni reallıqların yaranma sənədi idi. Bu sənəddə 9 bənd var ki, bu bəndlərin icrasına başlandı. Hesab edirəm ki, Ağdamın, Laçının, Kəlbəcərin işğaldan azad olunması məsələləri bu sənəddə əksini tapmışdı ki, bir güllə atılmadan öz təsdiqini tapdı. Eyni zamanda Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi də icra olundu. Ancaq bir çox bəndlər var ki, Ermənistan tərəfindən icra edilmir. Sənəddə əks olunmuşdu ki, əlisilahlı bir nəfər belə erməni Qarabağda qalmamalıdır, amma məğlub olmuş Ermənistan ordusunun tör-töküntüləri hələ də qalmaqdadır.”

 

Ermənistanın müdafiə nazirinin Qarabağa səfərini qanunsuzluq adlandıran deputat bildirib ki, üç  ölkənin siyasi liderlərinin yenidən görüşməsinə ehtiyac yaranıb. Kommunikasiya məsələsinin həllinə gəlincə isə o əlavə edib ki, Ermənistanın baş naziri Zəngəzur dəhlizi ifadəsini işlətməyə çəkinsə belə, prinsipcə bu layihənin reallaşmasına razıdır: “Hesab edirəm ki, bu görüşdə həllini tapmalı olan çox vacib məsələlər müzakirə ediləcək. Və müəyyən razılaşmaların əldə olunması istisna deyil. İlk növbədə bu Ermənistan və Azərbaycan arasında sərhədlərin demilitarizasiya və demarkasiyası ilə bağlı məsələlərdir. Azərbaycan sərhədinin 1007 kilometri Ermənistanla həmsərhəddir və bu sərhədlər dəqiqləşdirilməlidir. 10 noyabr sənədində iqtisadi kommunikasiyaların bərpasından, Zəngəzur dəhlizindən gedir.    

 

Bu reallıqlar fonunda növbəti Ermənistanın baş naziri Zəngəzur dəhlizi ifadəsini işlətməyə çəkinsə belə, prinsipcə bu layihənin reallaşmasına razıdır. Paşinyan parlamentdə və oktyabrın 15-də MDB ölkələrin başçılarının toplantısında qeyd etmişdi ki, Ermənistan Rusiya ilə Azərbaycan ərazisindən keçməklə, dəmir yolu və avtomobil xəttinin çəkilməsini, İran isə təkcə dəmir yolunun çəkilməsini istəyir”.

 

Siyasi şərhçi Tural İsmayılov isə kanalımıza açıqlamasında Ermənistanın imzaladığı kapituluyasın tarixdəki digər analoji hadisələrlə müqayisə edərək bildirib ki, son bir əsrdə heç bir dövlət belə biabırçı məğlub olmamışdı: “İkinci Dünya Müharibəsində 1945-ci ildə Yaponiya, ABŞ, Çin və  İngiltərə tərəfindən “PORTLAND” kapitulyasiya deklarasiyasını  imzalamışdı. Amma Azərbaycan tək başına məğlubiyyət kapitulyasiyasını imzalamağa məhkum etdi. Bundan sonra 10 noyabr bəyanatının müddəalarını məğlub tərəf kimi yerinə yetirilməsinə Ermənistan cavabdehlik daşıyır. Bu baş vermədiyi halda, Ermənistanın Azərbaycana qarşı düşmən siyasəti kimi xarakterizə olunmamalıdır. Çünki, bu bəyanatda Rusiya Prezidenti Putinin də imzası da var”.

 

Siyasi şərhçi deyib ki, müddəaların yerinə yetirilməsində Ermənistanın çevik olmamağı Rusiyanın da siyasi nüfuzunun zədələnməsinə səbəb ola bilər.

 

 

Fuad Sadıqov,

Musa Qulammirzəyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR