Üçtərəfli razılaşmalar ciddi və tam şəkildə icra olunmalıdır - Lavrov
“Əgər “bir çox 10 illiklər davam edən işğal bitib” və “təcavüz başlayıb” kateqoriyaları ilə danışsaq, onda biz heç bir problemi həll etməyəcəyik. Hər zaman tərəflərin barışdırılması yollarını və maraqlar balansını axtarmaq lazımdır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.
Sitat
“Biz üçtərəfli razılaşmaların ciddi və tam şəkildə icra olunmasının tərəfdarıyıq. Hər şeydən öncə 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə imzalanan bəyanatı xatırladaq. Laçın dəhlizi probleminə istisnasız olaraq bu kontekstdə baxılmalıdır. Laçın dəhlizinə dair razılaşmaların bütün aspektlərinin tam şəkildə icra edilməsindən sonra hazırki vəziyyəti idarə etmək olar. Bizim sülhməramlılarımız indi məhz bununla məşğul olur. Bu gün bu barədə ətraflı danışdıq. Bütün tərəflər razılaşmaların bu hissəsini, eləcə də digər qalan hissələrini birlikdə icra olunmasını anlamalıdırlar”. Sitatın sonu
Rusiyalı nazir onu da bildirib ki, ABŞ, Avropa İttifaqı və NATO Rusiyanın aktiv iştirakını nəzərdə tutan sənədlərin əsas prinsiplərini birbaşa pozaraq üçtərəfli razılaşmaları özünküləşdirməyə, bütün bu işlərə özlərinin kuratorluğunu tətbiq etməyə cəhd edirlər və bu diplomatik basqıdır.
Sergey Lavrov çıxışında Qərb ölkələrinin açıq şəkildə Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini gördüyünü deyib. O əlavə edib ki, Rusiya tərəfindən İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazırlıq ifadə olunub.
“Ermənistanda anti-Rusiya kampaniyası aparılmayıb”.
Bunu isə Ararat Mizoyan deyib. O əlavə edib ki, onminlərlə rusiyalının Ermənistanda biznesi bunun sübutudur.
Sitat
“Bunun sübutu ondan ibarətdir ki, on minlərlə rus Ermənistanda kifayət qədər rahat yaşayır, bizneslərini idarə edir və bu kontekstdə heç bir şikayət daxil olmayıb. Ermənistan Konstitusiyası fikir azadlığına zəmanət verir.” Sitatın sonu
Ermənistanlı nazir onu da bildirib ki, Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün hər cür səy göstərməyə hazırdır. Bölgədəki vəziyyətdən də danışan nazir Azərbaycanı aqressivlikdə suçlamağa çalışıb. Ermənistanın KTMT-dən çıxması ilə bağlı iddialara da münasibət bildirən Mirzoyan qeyd edib ki, Ermənistan bu missiyadan heç vaxt imtina etməyib. O əlavə edib ki, bu qərar layihəsi müzakirə olunmaqda davam edir. Mirzoyan onu da vurğulayıb ki, təşkilat məsuliyyət sahəsini tanımır və bu problemlidir.
DİGƏR XƏBƏRLƏR

Hərbçilərimizi tora salmaq istəyirlər / - “APA XƏBƏR” - 17:00

“İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin müzakirəsi keçirilib

Şərurda həmkəndlilər arasında dava qanla bitdi
