Ukrayna dəhşətli rəqəmləri açıqladı
Ukrayna Rusiyanın hərbi itkilərinin sayını açıqlayıb.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi "Facebook" səhifəsində paylaşım edib.
Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 335 ədəd tankı, 1105 ədəd zirehli döyüş maşını, 123 ədəd artilleriya sistemi, 56 ədəd reaktiv yaylım atəş sistemi, 29 ədəd havadan müdafiə sistem, 49 ədəd hərbi təyyarəsi, 81 ədəd helikopteri, 526 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kateri, 60 ədəd yanacaq çəni, 7 dronu məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 12 000-dən çox canlı qüvvə itirdiyini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinə hücum edənin kimliyi bilindi

İran məsuliyyətdən boyun qaçırmaq istəyir

Türkiyə Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış etdi
