Ukrayna ordusunun hücumu: Bu ərazilər azad edildi
Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, ancaq döyüşlər davam edir.
APA TV xəbər verir ki, bu sözləri Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında yazıb.
“Bu gün Ukrayna ordusu yalnız mövqelərini qorumur, həm də əks-hücuma keçir. Maloy Roqani istiqamətində artıq bir neçə məntəqə işğaldan azad edilib, döyüşlər davam edir”, - deyə o qeyd edib.
Oleq Sinequbov həmçinin, İzyum istiqamətində də müdafiənin gücləndirildiyini yazıb.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
