Ukraynada Rusiyanın 4 hərbi təyyarəsi vurulub

# 02:00
25 sentyabr 2022

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 4 hərbi təyyarəni vurub. APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, HHM qüvvələri gün ərzində 1 ədəd Su-25, 2 ədəd Su-30, 1 ədəd Su-34 təyyarəsi, 5 PUA və 1 qanadlı raketi vurub. Artilleriya bölmələri isə 4 idarəetmə məntəqəsi və 4 silah anbarını, 3 HHM mövqeyini dağıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR