Ukraynadan gələn azərbaycanlılar təhsilə cəlb edilib

# 17:26
18 mart 2022

Ukraynadan vətənə qayıdan azərbaycanlı ailələrdən bir neçəsi Ağdamın Bənövşələr qəsəbəsindəki doğmalarının yanına yerləşib. Qurbanovlar ailəsinin iki övladı qəsəbə ərazisindəki köçkün orta məktəbində təhsilə cəlb edilib. Amansız müharibənin qurbanlarına çevrilən uşaqların məktəbə gəlişi, onlara mənəvi dəstək məqsədi ilə alqışlarla qarşılanıb. Şagird kollektivi Ukraynadan gələn həmyaşıdlarına milli bayram rəmzi olan səməni hədiyyə edib.
 

Doğma dildə danışmaqda çətinlik çəkdiyi üçün uşaqlara əlavə məşğələlər də keçirilir.
 

Ata yurdunda özünü təhlükəsiz və qayğısız hiss edən Murad Qurbanov doğulduğu, məktəbə getdiyi Donetsk şəhəri üçün darıxır.

Muradın bacısı, yeddi yaşlı Aynur Qurbanlı deyir ki, müharibə onu öz sinif yoldaşlarından və dostlarından ayrı salıb. O darıxsa da, müvəqqəti təhsilə cəlb olunduğu məktəbdə yeni dostlar qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR