Ukraynalı GENERAL: "Uşaqların müqabilində təslim olmağa hazıram"

# 15:58
25 mart 2022

Ukrayna Milli Polisinin komandan müavini general Vyaçeslav Abroskin bəyanatla çıxış edib.

 

Lent.az-ın məlumatına görə, o bildirib ki, Mariupoldakı uşaqların müqabilində özünü şəhəri mühasirədə saxlayan Rusiya ordusuna təslim etməyə hazırdır.

 

“Mən polis generalıyam. Siz tərəfdən axtarışdayam. Dəfələrlə mənə sui-qəsd təşkil etmisiniz, alınmayıb. Mənim iştirakımla onlarla əsgəriniz öldürülüb. Bilin, mənim həyatım mənə məxsusdur. Və mən, Mariupolda mühasirədə qalan uşaqların əvəzinə özümü təslim etməyə hazıram” - deyə, o bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR