Ukraynanın 5 şəhərindən humanitar dəhlizlər açıldı / Rusiya-Ukrayna savaşı

# 14:10
8 mart 2022

Rusiya tərəfi Bakı vaxtı ilə saat 11:00-dan etibarən sükut rejimi tətbiq edib, Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bu barədə TASS-a məlumat verib.

 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, mülki əhalinin yaşayış məntəqələrindən təhlükəsiz şəkildə təxliyəsi üçün bu gün yerli vaxtla saat 10:00-dan etibarən sükut rejimi tətbiq edilir və Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlər açılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR