Ukraynanın verdiyi itkilər AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR
Rusiya Aerokosmik Qüvvələri xüsusi hərbi əməliyyat çərçivəsində Ukraynada 67 hərbi obyekti vurublar.
APA TV xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə hərbi əməliyyat zamanı Ukraynanın hərbi infrastrukturunun 1502 obyekti sıradan çıxarılıb. Onlar sırasında 51-i idarəetmə məntəqəsi və rabitə mərkəzidir. Həmçinin 38 "S-300", " Buk M-1" və "Osa" zenit-raket kompleksləri, 51 radiolokasiya stansiyası var.
Yerdə 47, havada isə 11 təyyarə məhv edilib. Bundan başqa, 472 tank və digər zirehli döyüş avtomobili, 62 reaktiv yaylım atəşi sistemi, 206 artilleriya və minaatan, 46 PUA vurulub.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
