Uşaq bağçasının aşpazı azyaşlının saçından tutub...

# 19:14
8 iyun 2022

Şamaxı rayonunda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasında çalışan qadın aşpazın uşaqlardan birinin ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. Araşdırmalar zamanı məlum olub ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib.

 

İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı APA TV-yə açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib.

 

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır.”

 

Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək.

 

 

Şahnəzər Bəşirov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR