Uşaqlara işgəncə verənlər BU DƏFƏ JURNALİSTLƏRƏ HÜCUM ÇƏKDİ

# 17:17
3 sentyabr 2022

Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər paylaşılıb. Videoçarxda açıq görünür ki, tərbiyəçilər uşaqları saçlarından tutaraq dartır, döyür, təhqir edir, incidirlər.

 

Hər kəsi dəhşətə gətirən bu görüntülərlə bağlı araşdırma aparmaq üçün gəldiyimiz "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində daha bir qalmaqala şahidlik edirik. Uşaqlara qarşı etdikləri zorakılıq azmış kimi, bu dəfə mərkəzin əməkdaşları bizdən bir neçə dəqiqə əvvəl hadisə yerinə çatan həmkarlarımız – Real Televiziyasının əməkdaşlarının üzərinə hücum çəkirlər.

 

Şiddətə məruz qalan uşaqlardan biri, Cahid Cəbrayılovun anası Səbinə Qasımova deyir ki, oğlu iki aydır ki, bu mərkəzə gəlir. Otaqlarda dərsləri izləmək üçün kameraların olduğunu deyən Səbinə xanım övladının kameralar olmayan hissədə döyüldüyünü bildirir

 

Ərazidə yaşayan sakinlər də dəfələrlə bu mərkəzdə uşaqların ağladığının şahidi olduqlarını bildirirlər.

 

Artıq məsələnin araşdırılması Ombudsmanın da nəzarətinə götürülüb. Bununla bağlı müvafiq qurumlara müraciətlər edilib.

 

Uşaqlara işgəncə verilən görüntüləri sosial şəbəkədə paylaşan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri isə belə mərkəzlərdə mütəmadi monitorinqlərin aparılmasının vacibliyini vurğuladı. Kəmalə Ağazadə deyir ki, Mərkəzin Bakının müxtəlif ərazilərində filialları mövcuddur.

 

Məsələ ilə  bağlı DİN dən APA TV-yə bildirildi ki, artıq mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd olunub ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR