Ustadan heyranedici addım: işinin qarşılığında hər kəs imkanına uyğun ödəniş edir

# 12:37
10 avqust 2022

 

Bu dəfəki sujetimizin qəhrəmanı “fiziki məhdudiyyət əngəl deyil” ifadəsinin quru bir şüar olmadığını sübut edən 49 yaş Xəyyam Məmmədovdur. APA TV-nin yerli bürosunun xəbərinə görə, Xəyyam usta dəzgahla işləyərkən əlinin birini itirib. Sumqayıt sakini Xəyyam Məmmədov bir əli olmasa da işsiz-gücsüz oturub başqalarından kömək gözləməyib. O, bir əli ilə müxtəlif çardaqlar, manqallar və stollar düzəldir və illərdir qazancını bu peşədən çıxarır. Süjetimizin qəhrəmanı zəhmət haqqı olaraq müştərilərindən konkret məbləğ tələb etmir, hər kəs imkanına uyğun olaraq ödəniş edir. Hamı ilə səmimi münasibət quran usta müştərilərinin rəğbət və etimadını da qazanıb. Xəyyam usta deyir ki, sağlamlığı imkan verdiyi müddətcə sənətini davam etdirəcək. Deyir ki, heç zaman həyata küsməyib. Həyat eşqi ilə yaşayan Xəyyam usta gəncləri müxtəlif sənət növləri ilə məşğul olmağa, peşə öyrənməyə səsləyir. Xəyyam usta deyir ki, valideynlər üstün olan xüsusiyyətlərini daha da inkişaf etdirərək, övladlarını cəmiyyətə qazandırsınlar. Çünki əlillik dünyanın axırı deyil. İnsan, əlilliyi olduğu halda belə, çoxsaylı uğurlar qazana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR