Vilham Hacıyevin evindən çıxanlar - HƏR KƏS TƏƏCCÜB İÇİNDƏ

# 15:11
25 iyul 2022

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son sözlə çıxış edib.

 

Vilyam Hacıyev bildirib ki, istintaq zamanı, məhkəmə dövründə ona qarşı verilən ittihamlar təsdiqini tapmayıb. Dövlətə və dövlətçiliyə xidmət etdiyini qeyd edən Vilyam Hacıyev xidmətlərini sadalayıb. O, sonda məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edib.

 

Məhkəmənin hökmü ilə Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, prokuror çıxışında Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Vilyam Hacıyevin üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı isə müsadirə ediləcək.

 

Həmin əmlaklar bunlardır:

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)

 

- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)

 

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)

 

Bildirilib ki, həbs olunan əmlaklar zərərçəkmişlərə, qalan məbləğ isə dövlət nəfinə ödənməlidir.

 

Bildirilib ki, Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat ekvivalentində 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi, 1 970 BƏƏ dirhəmi, 19 350 Rusiya rublu şəklində xarici valyutalar və 55 550 manat olmaqla cəmi 6 354 384 manat məbləğində nağd pul vəsaiti dövlət nəfinə ödəniləcək.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR