Vilyam Hacıyevin arvadı və oğlu NƏDƏN NARAZIDIR?

# 15:25
20 sentyabr 2022

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev adlarına rəsmiləşdirilmiş əmlakların müsadirə olunmasından narazıdırlar.

 

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı ailə üzvləri apellyasiya şikayəti veriblər.

 

Şikayət ərizəsində Cülyetta Hacıyeva 5 milyon 218 min manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyib.

 

İşi Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti tərəfindən araşdırılır.

 

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub və 12 il azadlıqdan məhrum edilib.

 

Sabiq icra başçısına məxsus 5 milyon 344 min manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR