Xaçmaz-Xudat yolunun kənarında yanğın başladı

# 16:51
17 avqust 2022

Xaçmaz-Xudat yolunun kənarında yanğın başlayıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, alov "4 şöbə" deyilən ərazidə, yolun kənarında yerləşən meşə zolağında qeydə alınıb. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi üçün zəruri işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR