Xarici qonaqlar Füzuliyə Xankəndiyə təyyarəsi ilə gəldilər

# 12:56
18 mart 2022

Bu gün Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək. Toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

 

APA TV xəbər verir ki, iştirakçılar "Xankəndi" adı verilmiş təyyarə ilə hava limanına eniş ediblər. Onlar hava limanı ilə tanış olublar.

 

Qonaqlar “Zəfər yolu” ilə Şuşaya yola düşüblər.

 

Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.

 

Heyətdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR