Xarici səyyahların işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərinə start verilib.
APA TV-nin Qarabağ bürosu xəbər verir ki, səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir. Bu gün Xocavənd rayonunda daş dövrü insanlarının yaşadığı Azıx mağarasına baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.
Günün ikinci yarısı isə səfər ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqları və Azərbaycan dövlətinin apardığı yenidənqurma işləri ilə tanışlıqla başa çatacaq. Ayın 17 -i isə səyyah qrupunun Kəlbəcər və Laçın rayonlarına səfəri nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
