Xəzər Universitetinin yeməkxana müdiri ciddi cəzalandırılacaq
KİV-də və sosial şəbəkələrdə paylaşılan Xəzər Universitetinin yeməkxana divarındakı elan müzakirələrə səbəb olub.
APA TV xəbər verir ki, məsələni təhsil eksperti Kamran Əsədov ictimailəşdirib.
Belə ki, universitetin yeməkxanasında tələbələrə kənardan yemək gətirilməsi qadağasının əks olunduğu elan yerləşdirilib. Tələbələrə qaydaya əməl edilməməsi halında töhmət veriləcəyi bildirilib.
Məsələ ilə bağlı Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli yeməkxanadakı sözügedən elanla bağlı suallara cavab verib:
“Dünən axşam sosial şəbəkələrdə paylaşılıb, bizim universitetdə yeməkxanaya başqa yerlərdən yemək gətirilməməsi, əks halda töhmət alacağı ilə bağlı bir elan vurulub. Və tələbələr bu elanı paylaşıblar”
O, açıqlamasında yeməkxana rəhbərinin qanunsuz hərəkətini təsdiqləyərək, universitet rəhbərliyi səviyyəsində ciddi cəzalandırılacağını, məsələnin təhsil ocağının daxili nizamnaməsi əsasında həll ediləcəyini bildirib.
O əlavə edib ki, yeməkxananın rəhbərliyi tələbələrin universitet xaricindən gətirdiyi qidalarla zəhərlənəcəyindən, buna görə məsuliyyətə cəlb edilə biləcəyindən ehtiyyat edərək, belə bir addım atıb.
Müzakirələrə səbəb olan elan ilə bağlı tələbələrin də münasibətini öyrəndik.
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
