Xəzərdə qazma qurğusu niyə sökülür? - SOCAR açıqlama verdi

# 16:04
9 fevral 2022

Bir neçə gündür ki, sosial şəbəkələrdə Xəzər dənizində qazma qurğusunun çökməsi anını əks etdirən video geniş müzakirələrə səbəb olub.

APA TV xəbər verir ki, Sosial şəbəkə istifadəçiləri isə bu qurğuların nə üçün söküldüyünə aid fərqli versiyalar irəli sürür.

Məsələyə aydınlıq gətirilməsi üçün SOCAR-a müraciət etdik.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, kadrlarda əks olunan qazma qurğuları istismara yararsızdır: “Bunlar hurda üçün sökülən köhnə qazma qurğularıdır. Onlar artıq SOCAR-ın balansında deyil, bununla məşğul olan başqa şirkətə məxsusdur. Bu qurğular istismar müddətin başa vurub və ərildilməsi üçün sökülür”.

Qeyd edək ki, bu cür söküntü işləri 2020-ci ildə də aparılıb.

Semral Cavad
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR