XIII əsrə aid abidənin bəzəklərini kimlər satıb?

# 18:36
1 avqust 2022

“Pirhüseyn xanəgahı XIII əsrdə orta əsrlərin məhşur sufi alimi və dövlət xadimi Şeyx Hüseyn ibn Əli Rəvvanın məzarı üzərində tikilmiş tarix-memarlıq abidəsidir.

Xanəgah kompleksi, Hacıqabul rayonu ərazisində qədim Bakı-Salyan ticarət yolu üzərində yerləşir.” Pir Hüseyn Rəvvanın məzarı ətrafında tikilən xanəgah kompleksinə şeyxin türbəsi, köməkçi otaqlar, qala divarları, məscid minarə, karvansara daxildir. XIII əsrə aid bir daş kitabədə bildirilir ki, Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılıb.

Bu da kompleksin qədimliyindən xəbər verir. Türbənin zəngin bəzək işinin tamamlanma tarixi hicri təqvimi ilə 684-ci il (1285) göstərilir.

Xanəgah 1970-ci illərdə bu dəyərli abidədə çox keyfiyyətsiz və yarımçıq “bərpa əməliyyatı” keçirilmişdir. Sonuncu dəfə “Pirhüseyn Xanəgahı” Tarix Memarlıq Qoruğu Mədəniyyət və Turizm Nazirliyini tərəfindən 2003-2007-ci illərdə əsaslı bərpadan sonra yenidən turistlərin və ziyarətçilərin ixtiyarına verilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruğun fondunda 13758 ədəd eksponat toplanıb.

1 noyabr 2012-ci il tarixində qoruq tərəfindən 2358 ədəd eksponat əldə edilib. Ümumilikdə fondda 13447 ədəd dulusçuluq və keramika məmulatları vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR