XİN başçısı Rusiyada hansı məsələləri müzakirə edəcək?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri başlayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Ceyhun Bayramov ilk öncə Aleksandr Bağında "Naməlum əsgər"in məzarı önünə əklil qoyub.
Daha sonra Azərbaycan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək. Rusiya XİN-in Ceyhun Bayramovun işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib ki, XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? APA TV

Şəmkirdə ağır qəza: minik və yük maşınları toqquşdu

Rusiya xarici işlər naziri Ermənistanı işğalçı adlandırdı
