Xırdalan qəbiristanlığından tapılan HƏR KƏSİ ŞOKA SALDI

# 10:12
6 iyul 2022

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

 

APA TV-nin xəbərinə görə, qəbiristanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

 

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertizaya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarının parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olunan ayaq cərrahiyyə yolu ilə kəsilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR