XXI əsrin laboratoriyası, kitabxanası olmayan, qapı-pəncərələri sınıq məktəbi

# 18:28
8 iyun 2022

Masallı rayonu Bala Kolatan kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, 2000-ci ilə qədər ümumi orta məktəb kimi fəaliyyət göstərib.  30 il ərzində bir dəfə də olsun təmir edilməyən məktəb 6 sinif otağından ibarət olub. Sonradan kəndin imkanlı şəxslərindən birinin köməyi ilə məktəbdə əlavə olaraq 4 otaq tikilib. Nəticədə sözügedən təhsil ocağı 10 sinif otaqlı tam orta məktəbə çevrilib. Lakin məktəbdə direktor və müəllimlər otağı, laboratoriya, kitabxana, akt və idman zalı yoxdur. Tavan və döşəmə yararsız hala düşüb, pəncərə və qapılar qırılıb, istilik sistemi olmadığından sinif otaqları odun sobası ilə qızdırılır.

140 yerlik kənd məktəbində hazırda 160 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur. Sinif otaqları az olduğuna görə 2 sinif günortadan sonra tədrisə cəlb olunur. Sinif otaqlarının şəraitindən isə danışmağa dəyməz, hər şey göz qabağındadır.

Bu qəzalı və təhlükəli vəziyyət nə vaxta kimi davam edəcək sualı ilə aidiyyəti üzrə maraqlandıq.

Ümid edirik ki, məktəb binası tam təmir olunana kimi Bala Kolatan məktəbində heç bir təhlükəli hadisə baş verməyəcək. 

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR