Yardımlıda şəhidlərin adına abidə ucaldıldı

# 18:43
8 avqust 2022

 

Yardımlı rayonunun Anzov kəndində Birinci Qarabağ Müharibəsində igidliklə döyüşərək şəhadətə ucalmış Arzu Qarabala oğlu Fətullayev, Seyfəddin Zabi oğlu İbişov, Səttar Sahib oğlu Quliyev, İlqar Şakişi oğlu Şəkərov və Seymur Bədirxan oğlu Bədirovun adına ucaldılan abidənin açılışı olub. APA TV-nin məlumatına görə, açılış mərasimində rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Anzov kəndində böyüyüb boya-başa çatan adları çəkilən şəhidlərimiz torpaqlarımızın ərazi bütövlüyü uğrunda rəşadətlə döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Sonda məktəblilər Vətənə, şəhidlərə, müharibəyə həsr olunan şeirlər səsləndiriblər.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR