Yasamalda nə qədər ərazini su basıb? - FHN AÇIQLADI

# 15:17
26 oktyabr 2022

Səhər saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib. Qəza nəticəsində ətraf əraziləri su basıb.

 

Dərhal digər aidiyyəti qurumlarla bərabər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Nəsirov APA TV-yə açıqlamasında bildirib ki, təxminən 1500 kvadratmetr ərazini su basıb: “Su basmış ərazidə suyun çəkilməsi işləri davam etdirilir. 3 avtomobil, 7 müxtəlif texnika suyun çəkilməsi prosesində iştirak edir. Hadisə yerinə gələn zaman məlum olub ki, suyun hündürlüyü təxminən 1 metrdən yuxarıdır. Su basan ərazi təxminən 1500 kvadratmetrdir. Hazırda suyun səviyyəsi müşahidələrimizə görə aşağı düşüb. Müəyyən yerlərdə təxminən 40 santimetr, müəyyən yerlərdə isə 20 santimetrə enib".

 

Hazırda FHN-in əməkdaşları ərazidən suyun çəkilməsi üçün müvafiq tədbirləri davam etdirirlər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR