Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”
“İran qorxur ki, müharibə olarsa, İsrail Azərbaycan ərazisindən ona zərbələr endirə bilər. Ona görə də “qabaqdangəlmişlik” edir, guya “vəziyyətin istənilən inkişafına hazır olduğunu” göstərir”.Bu sözləri AzVision.az -a müsahibəsində rus-yəhudi yazıçı İsrael Şamir deyib. ABŞ və İsrailin İranla mümkün müharibə ehtimalına toxunan Şamir bunun yüksək olmadığını bildirib: “ABŞ olmadan İsrail təkbaşına İranla müharibə apara bilməyəcək. Amma ABŞ-ın diqqəti Ukrayna müharibəsinə cəmləşib, odur ki, hələlik iki cəbhədə mübarizə apara, İranla vuruşa bilməz. İsrailin daxilində də gərginlik artır. Ölkə boyu kütləvi etirazlar davam edir. İsrail müxalifəti müharibəyə qarşı çıxır və zabitləri savaşa getməməyə çağırır”.
İsrael Şamir deyib ki, bütün bunları nəzərə alaraq İranla müharibə ehtimalının az olduğunu demək mümkündür.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
