Yevlax sakininin qəribə hobbisi eşidənləri heyrətə salır

# 23:15
19 aprel 2022

Həyətdə 300-dən artıq müxtəlif ölçülü çay daşları toplanıb. Rəngləri fərqli, görünüşü qeyri-adi. Görüntülər Yevlax rayonun Gülövşə kəndində lentə alınıb. Həmin fərqli daşları kənd sakini Bəhman Qəmbərov son iki ildə həyətinə gətirdiyi çay daşları arasından seçib. Maraqlı hobbisi ilə seçilən qəhrəmanımız, hər daşın bir əşyaya, heyvan fiquruna, hətta bədən üzvlərinə oxşaya biləcəyini deyir.

Bəhman Qəmbərovun topladığı daşlara hər kəs maraq göstərir. Kimisi onu haradan aldığını, kimisi necə düzəltdiyi soruşur. Kənd sakini isə həmin daşları diqqət edib müxtəlif yerlərdən yığdığını bildirir.

Bəhman dayı uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Təqaüdə çıxdıqdan sonra isə maraqlı əl işləri də hazırlayıb. Onun kiçik taxta parçalarından, müxtəlif materiallardan düzəltdiyi 50-ə yaxın əl işləri də diqqət çəkir. Onu da qeyd edək ki, Bəhman Qəmbərov yaxın vaxtlarda topladığı bu fərqli daşların sərgisi də təşkil ediləcək.

 

Elgün Gəncimsoy, APA tv - Yevlax

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR