Yevlaxda mikroavtobus traktorla toqquşdu
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə bu gün saat 4 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəd magistral yolunun 280-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.
Kərimov Zaur Rəşid oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus Allahverdizadə Ülvi Elxan oğlunun idarə etdiyi traktorla toqquşub.
Nəticədə hər iki sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir tələbə boğularaq öldü

Kiyevdə dəhşətli partlayış olub - HADİSƏ ANI

Prezidentə Kəlbəcərin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
