Yol polisi açıqladı: Bu sürücüləri cəza gözləyir - APA TV

# 16:59
23 iyun 2022

Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslərlə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçilib.

 

APA TV xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının üçüncü tağımı Bakı şəhəri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində nəzarət-profilaktik tədbir keçirərək yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Nəzarət-profilaktik tədbir zamanı onu da müşahidə etdik ki, bəzi sürücülər idarə etdikləri maşınlara neçə ton yükün vurula biləcəyindən xəbərsizdirlər.

DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis leytenantı Toğrul Nəsirlinin sözlərinə görə, qanunda göstərilən yük parametrlərini aşma halları müəyyən edilərsə, avtomobili idarə edən fiziki şəхslər 600 manat, vəzifəli şəxslər 1400 manatdan 1700 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Semral Cavad
Xəyal İskəndərov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR