Yolu bağlayan TIR sürücülərini nə gözləyir?

# 15:20
17 fevral 2022

Bakıda TIR sürücüləri yolda tıxaca səbəb olub.

APA TV xəbər verir ki, bir neçə TIR sürücüsü paytaxtın Heydər Əliyev prospektində, üzü şəhər istiqamətində sağ kənar zolağı bağlayıblar. TIR-lar səhər saat 10 radələrində yoldan uzaqlaşdırılıb və maşınların hərəkət axını təmin olunub.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, artıq həmin TIR-lar evakuasiya olunub: “Maşınların kifayət qədər ağırtonlajlı olması səbəbindən onların uzaqlaşdırılması müəyyən vaxt alıb. Bununla bağlı hər hansı bir şəxsə protokol tərtib olunmayacaq. Sürücülərdən xahiş edirik ki, vəziyyətin gərginliyini anlayışla qarşılasınlar”.

Sürücülərin etiraz səbəbi isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınan lisenziyalarla bağlıdır. Onlar bildiriblər ki, lisenziyaların verilməsi həddindən artıq uzadılır, bu üzdən də məhsulları xarab olur.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov bildirdi ki, yolu TIR-la bağlayan Rəmiş Cəfərova ötən ilin 27 dekabr tarixində bu cür neqativ hərəkətlər yol verdiyi üçün 15 sutka həbs cəzası verilib: “Rəmiş Cəfərov ona istədiyi sayda icazələrin verilməsini tələb edir. Bu icazələr isə xarici ölkələrlə kvota əsasında olduğu üçün, daşıyıcılar arasında ədalətli bölgü sistemi ilə paylanılır”.

Qurum rəsmisi bildirilib ki, Rəmiş Cəfərovun icazələrlə bağlı rüşvət tələb edildiyi iddiası əsassızdır.

Semral Cavad
Kamran Namazov
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR