Zakir Həsənov təxribatlarla bağlı konkret tapşırıqlar verdi

# 12:19
10 iyun 2023

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. Bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib. Nazir döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR