Zaqatalada ağır qəza: YARALILAR VAR

# 15:06
8 iyul 2022

Zaqatalada iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, hərəkətdə olan "Mercedes" və "Mazda" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun yuxarı Tala kənd sakinləri, 1980-ci il təvəllüdlü Samirə Qurbanova, onun həmyaşıdı Niyazi Əfəndiyev və Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Nərgiz Teymurxanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan Niyazi Əfəndiyev və Nərgiz Teymurxanovanın xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Samirə Qurbanovanın müalicəsi isə xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR