Zaqatalada minik avtomobili traktorla toqquşdu – İKİ NƏFƏR XƏSARƏT ALDI

# 18:17
3 may 2021

Zaqatalada minik avtomobili qoşqulu traktorla toqquşub, iki nəfər xəsarət alıb.

Yerli bürosundan APA TV-yə verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

“VAZ 21074” markalı, 62 BX 676 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən qoşqulu traktoru arxadan vurub. Qəza zamanı xəsarət alan VAZ 21074 markalı avtomobilin sürücüsü və avtomobildə olan qadın sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinə aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR