Zaqatalada tövlə yandı: İçində görün nə varmış

# 19:30
28 may 2022

Zaqatalada tövlə yanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Tala kənd inzibati ərazisində Natella Lətifovaya məxsus, ümumi sahəsi 72 kvadratmetr olan tövlədə baş verib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 10 ton quru ot kütləsi yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR