Zelenski İtaliya baş nazirinə təşəkkür edib

# 07:11
22 may 2022

Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Mario Draqi ilə telefonla danışıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, tərəflər Rusiyaya qarşı sanksiyaların artırılmasının və Ukrayna limanlarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb.

Zelenski həmçinin Ukraynanın Avropa Birliyinə üzv olmasında dəstəyinə görə Draqiyə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR