Zəlzələdə ən çox insan itkisi Hatayda qeydə alınıb – APA TV
Türkiyədəki zəlzələnin ən ağır nəticələri qeydə alınan Hatay bölgəsi hesab edilir. APA TV-nin çəkiliş qrupu bu vilayətdə dağılmış yaşayış massivlərində axtarış-xilasetmə işlərini canlandıran jurnalistlər arasındadır. Qeyd edək ki, zəlzələ nəticəsində Hatayda ilkin məlumata görə, 1647 nəfər həyatını itirib, 6 200 nəfər yaralanıb, dağıntılar altından 1846 nəfər çıxarılıb. Xatırladaq ki, xilasetmə əməliyyatlarında azərbaycanlı xilasedicilər və həkim briqadaları da iştirak edir. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın açıqladığı son rəqəmlərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 5894 nəfərə çatıb. 34 810 nəfər xəsarət alıb. Rəqəmlərin dəyişəcəyi istisna edilmir. Tural Əsəd APA TV - Türkiyə
DİGƏR XƏBƏRLƏR

İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü

Şuşa cənnətə dönür - Şərhsiz

Qızının maşınla vurduğu ana 17 gün sonra öldü - FACİƏ / “APA XƏBƏR” - 15:00
