Zəngəzur dəhlizi Ermənistanı necə xilas edəcək?

# 20:34
27 oktyabr 2021

Bu ilin sentyabrına olan nəticələrə görə, Ermənistanın dövlət borcu 9 milyard 30 milyon təşkil edib.

 

APA TV xəbər verir ki, bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və dövlət xarici valyuta istiqrazları daxildir. Erməni iqtisadçı Suren Parsyan yerli mətbuata açıqlamasında bildirib ki, ölkənin iqtisadi aktivliyi yarımillik göstərici ilə müqayisədə bir neçə dəfə azalıb və bu hal bir neçə il də davam edəcək.

 

Ermənistanın Ərazinin inkişafı və infrastruktur naziri Qnel Sanosyan isə ölkənin iqtisadi çətinlikdən çıxmasının yeganə yolunun Zəngəzur dəhlizindən keçdiyi bildirib. O əlavə edib ki, Naxçıvana gedən dəmiryolu xəttinin açılışından yalnız qonşu dövlətlər deyil, Ermənistan da faydalanacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 1-də xalqa müraciəti zamanı çıxışında bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdən ildə 90 milyon ton taxıl yığırdı və bu Ermənistan üçün ərzaq təhlükəsizliyi sualının ortaya çıxarır.

 

Ümumi olaraq isə Ermənistanın borc bataqlığından çıxmasının yeganə yolu Zəngəzur dəhlizidir. Və hətta daha ritorik desək, rəsmi İrəvan bu layihəyə möhtac qalıb.

 

Dəhlizin regional üstünlüyü barədə açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, Ermənistan hökuməti də artıq reallıqları dərk edir və rəsmi İrəvanın qonşu ölkələrlə münasibətlərinin yaxşılaşdırılması üçün tək çıxış yolu Zəngəzur dəhlizidir: “Paşinyan da son çıxışlarında da dəhlizin açılmasının vacibliyindən, yeni iqtisadi layihələrin qurulmasından, qonşuluq əlaqələrinin normallaşdırılmasında danışıb”.

 

İqtisadçı Xalid Kərimli deyib ki, 30 ildən çoxdur ki, bloka şəraitində yaşayan Ermənistan artıq bu dəhliz vasitəsilə iqtisadi imkanlar əldə edə biləcək: “Dəhlizin açılması Ermənistanda məşğulluğun təmini və iqtisadiyyatın inkişafı üçün əsas amildir”.

 

Xatırladaq ki, oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin təməli qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR