Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

# 16:53
28 aprel 2022

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Zərifə Əliyevanın anadan olması 99-cu ildönümünə həsr olunan "Nurlu ömrün işığı" adlı konfrans keçirilib.

 

APA TV xəbər verir ki, tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

 

Çıxış edən YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, Zərifə Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir:


 

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, dövlət başçısının həkim ailəsində böyüməsi bu gün onun fəaliyyətində səhiyyə sahəsinə xüsusi diqqət yetirməsində, əhalinin sağlamlığı üçün daim addımlar atmasında özünü göstərir.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, Zərifə Əliyeva ilk tədqiqatçı idi ki, göz dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara bilirdi. Bu tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən tədqiqat idi.

 

Tədbirin sonunda Prezident İlham Əliyevin 7 mart tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilmiş xanımlara “Tərəqqi” medalı təqdim edilib.

 

Bundan əlavə, Azərbaycan Prezidentinin 1 fevral tarixli Sərəncamına əsasən, Azərbaycanın ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zərifə Teymur qızı Salahovaya “Şərəf” ordeni təqdim edilib.

 

Semral Cavad,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR