Tovuzda yeni üzüm plantasiyaları salınır

Tovuzda  yeni üzüm plantasiyaları salınır
# 20 sentyabr 2008 08:12 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı - APA. “Bu il Tovuz rayonunda 348 hektardan çox sahədə üzüm əkilib. Orta hesabla hər hektardan 155 – 160 sentnerdən artıq məhsul yığılır”. Bu barədə APA –nın qərb bürosuna Tovuz rayon İcra Hakimiyyətinin baş aqronumu Şakir Rüstəmov bildirib. Ş. Rüstəmov deyib ki, yeni salınan bağlarda əsasən texniki sort üzüm tingləri basdırılıb, plantasiyalarda yerli sortlarla yanaşı bir sıra xarici üzüm növləri becərilir.
Onun sözlərinə görə, Tovuzdakı üzümlüklərdən yüksək məhsul əldə etmək üçün beynəlxalq təcrübədən geniş istifadə olunur, üzümçülüyü inkişaf etdirmək üçün rayonda əlverişli coğrafi şərait olduğundan üzüm plantasiyaları ilbəil artırılır.
Qeyd edək ki, rayon üzrə keçən il 348 hektar üzüm plantasiyasından 20800 sentnerdən artıq üzüm yığılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR