Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin səviyyəsini qiymətləndirməyə başlayıb

Bakı. İlhamə İsabalayeva-APA. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) Avropa Komissiyası Azərbaycanda baytarlıq xidmətinin Avropa və beynəlxalq standartlara uyğunluq səviyyəsinin qiymətləndirməsinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, qiymətləndirmə oktyabrın 5-dək həyata keçiriləcək. Ekspert qrupu Dövlət Baytarlıq Xidmətində, ölkənin baytarlıq idarə və laboratoriyalarında, elmi-tədqiqat və tədris müəssisələrində, ət kəsimi və emalı məntəqələrində, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində olacaqlar. Ekspertlər ölkədə aparılan baytarlıq tədbirləri və müayinələrinin standartlara uyğunluğu, kadr hazırlığı, maddi-texniki bazanın günün tələblərinə cavab verməsi, ölkənin biopreparatarlarla təminatı, onun saxlanma şəraiti və digər məsələlərlə yaxından tanış olacaq, aparılan tədbirlərin beynəlxalq tələblərə və standartlara uyğunluğuna nəzarəti həyata keçirəcəklər. Ekspertlərin tövsiyə xarakterli araşdırmaları başa çatdıqdan sonra Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) Avropa Komissiyası üçün məlumat hazırlamaları nəzərdə tutulur.
Aqrar-sənaye kompleksi

"Ziraat Bank" özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə yardım etməyə davam edir

Türkiyəli nazir müavini: BTQ ilə daşımaların artırılması ilə bağlı pilot layihə 3 ay ərzində icra ediləcək

Azərbaycan pambığının ixrac dəyəri 54% artıb
