Azərbaycanda damazlıq cins qaramalın alınmasına dair tender keçirilir

Azərbaycanda damazlıq cins qaramalın alınmasına dair tender keçirilir
# 26 sentyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti südlük istiqamətli damazlıq cins qaramalın (düyə) satın alınması məqsədilə açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender üç lot üzrə keçiriləcək. Belə ki, I lot üzrə 300 ədəd Şvis cinsindən, II lot üzrə 500 ədəd qara ala və Holştin-Friz cinsindən, III lot üzrə isə 200 ədəd Sim-mental cinsindəy olan qaramalın alınması tələb olunur. Tender də iştirak etmək istəyənlər hər lot üzrə 500 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini bu ilin noyabr ayının 4-dək, tender təkliflərini isə noyabrın 13-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru noyabrın 14-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 425-61-29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR