Naxçıvanda dəvəçilik bərpa olunacaq

Naxçıvanda  dəvəçilik bərpa olunacaq
# 08 oktyabr 2008 07:37 (UTC +04:00)
Naxçıvan C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) heyvandarlığın dəvəçilik sahəsi bərpa ediləcək. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. İlkin mərhələdə dəvəçiliyin Şərur rayonunun kəndlərində tətbiqi nəzərdə tutulur. Məqsəd əvvəllər muxtar respublikada mövcud olmuş dəvəçilik ənənələrini bərpa etməkdir. Hazırda yerli şəraitə uyğun dəvələrin alınaraq Naxçıvana gətirilməsi ilə bağlı hazırlıq işləri görülür. Növbəti mərhələdə bu sahənin regionun digər bölgələrində genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında dəvəçilik sahəsi 1989-cu ildən fəaliyyətini dayandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR