«Baltika» şirkəti Azərbaycanda pivə istehsalına 20 mln. dollar yatıracaq

«Baltika» şirkəti Azərbaycanda pivə istehsalına 20 mln. dollar yatıracaq
# 13 oktyabr 2008 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın pivə istehsalçısı olan «Baltika» şirkəti Azərbaycanın Xırdalan şəhərində yerləşən «Bakı-Castel» pivə zavoduna 20 mln. ABŞ dolları həcminə sərmayə yatıracaq. «APA-Economics»in məlumatına görə, bunu «Baltika» şirkətinin prezidenti Anton Artemyev bildirib.
«Aldığımız müəssisəyə 20 mln. dollar yatırılacaq ki, bunun bir hissəsini şirkətin öz maliyyə vəsaiti hesabına, digər hissəsini isə kənardan cəlb olunan kredit hesabına maliyyələşdirilə bilər», - deyə A.Artemyev bildirib.
Şirkətin prezidenti həmçinin qeyd edib ki, «Baltika» şirkəti «Bakı-Castel» zavodunun səhmlərinin 100%-nin alınması məsələsinə hələ baxmır: «Hələ ki, gündəmdə belə bir məsələ yoxdur. Lakin səhmdarların marağı olarsa və şirkət səhmlərin 100%-ni alınmasına ehtiyac yaranarsa, bu halda «Baltika» zavodda 100% paya malik olmağa hazırdır».
Qeyd edə ki, «Baltika» ASC «Bakı-Castel»in səhmlərinin 92%-ni alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR