Anton Artemyev: «Azərbaycan gələn il pivə ixracına başlayacaq»

Anton Artemyev: «Azərbaycan gələn il pivə ixracına başlayacaq»
# 13 oktyabr 2008 15:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin sonundan etibarən Azərbaycanda istehsal olunan pivə məhsulları xarici ölkələrə ixrac olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın pivə istehsalçısı olan «Baltika» şirkətinin prezidenti Anton Artemyev bildirib.
«Azərbaycanda istehsal olunan pivənin əsasən Gürcüstan, Orta Asiya, hətta perspektivdə Rusiyaya belə ixracı nəzərdə tutulur. Zavodun planlarına əsasən, ixrac 2009-cu ilin sonunda başlayacaq. Bununla da Azərbaycanın pivə ixracı tədricən artırılacaq», - deyə A.Artemyev bildirib.
A.Artemyev həmçinin qeyd edib ki, «Baltika» şirkətinin Azərbaycanda pivə istehsalının başlanması şirkətin istehsal etdiyi məhsullarının qiymətini də azalda bilər və nəticədə, burada istehsal olunan «Baltika» pivələri Rusiyadan gətirilənlərdən bir qədər ucuz olacaq.
Xatırladaq ki, «Baltika» şirkətinin Azərbaycanın əsas pivə istehsalçısı olan «Baku-Castel» şirkətini alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR