Rusiyanın «Baltika» şirkəti gələn il Özbəkistanda pivə istehsalına başlayacaq

Rusiyanın «Baltika» şirkəti gələn il Özbəkistanda pivə istehsalına başlayacaq
# 13 oktyabr 2008 15:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Rusiyanın pivə istehsalçısı olan «Baltika» şirkəti Özbəkistanda lisenziya əsasında pivə istehsalına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «Baltika» şirkətinin prezidenti Anton Artemyev bildirib.
A.Artemyevin sözlərinə görə, şirkət hər hansı ölkədə istehsala başlamazdan öncə həmin ölkədəki satış həcmlərini araşdırır: «Satış müəyyən həcmə çatırsa, onda biz ya həmin ölkədə zavod alıb və ya lisenziya əsasında istehsala başlayırıq».
A.Artemyev onu da bildirib ki, hazırda «Baltika» şirkəti Ukrayna və Böyük Britaniyada lisenziya əsasında pivə istehsal edir.
Qeyd edək ki, hazırda «Baltika» şirkətinin 12 zavodu fəaliyyət göstərir (11-i Rusiya, 1-i isə Azərbaycanda).
Xatırladaq ki, «Baltika» ASC «Bakı-Castel» pivə zavodunun 92% səhmini alıb və gələn il ərzində bu müəssisəyə 20 mln. ABŞ dolları məbləğində vəsait yatıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR