Azərbaycan paytaxtında arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Azərbaycan paytaxtında arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək
# 14 oktyabr 2008 14:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 24-dən 30-dək Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Dənizkənarı bulvarda, Muzey Mərkəzinin qarşısında təşkil olunacaq yarmarkada bal, arı südü, çiçək tozu, vərəmum və digər arıçılıq məhsulları satışa çıxarılacaq.
Qeyd edək ki, arıçılıq sərgisi hər il keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR