Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sektorunun dəstəklənməsi üçün Latviya təcrübəsindən yayarlanacaq

Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sektorunun dəstəklənməsi üçün Latviya təcrübəsindən yayarlanacaq
# 23 oktyabr 2008 12:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Kənd təsərrüfatı məhsullarının emalı sektorunda özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi Layihəsi» üzrə məsləhət xidmətləri göstərən «Finre Konsaltinq» MMC tərəfindən dəstəklənəcək emal müəssisələri müəyyən edilib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dan məlumat verilib.
Layihədə məqsəd özəlləşdirilmiş müəssisələrin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyət göstərmələri üçün onların institusional və maliyyə potensialının artırılmasının dəstəklənməsidir. Dəstəkləmə tədbirləri strateji hədəflərin müəyyən edilməsi, həmin istiqamətlər üzrə taktiki tədbirlərin hazırlanması və bu tədbirlərin seçim əsasında müəyyənləşdirilmiş bir qisminin icrası prosesində dəstək kimi geniş spektrli xidmətləri əhatə edir.
Müəssisələr konserv, quşçuluq, şərabçılıq və un istehsalı sahələrini təmsil edir. Həmin müəssisələr üzrə ortamüddətli inkişaf strategiyaları və onun reallaşdırılması üzrə taktiki planlar hazırlanır. Bu məqsədlə şirkətin ekspertləri və dəvət edilmiş xarici ekspertlər artıq müəssisələrdə olublar. Ekspertlər tərəfindən müəssisələrin mövcud vəziyyəti təhlil edilib, onların istehsal etdikləri məhsulların yerli, regional və dünya bazarları araşdırılıb.
Layihə çərçivəsində müəssisələrin müəyyənləşdirilmiş strategiyasının reallaşdırılması istiqamətində də bir sıra dəstək tədbirləri nəzərdə tutulub. Noyabr ayında müəssisələrin menecment heyəti üçün treninqlərin keçirilməsi, müvafiq sahələrdə aparıcı xarici müəssisələrin iş təcrübəsi ilə tanışlıq məqsədilə Latviyaya səfər və digər tədbirlər planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR