Bakıda arı məhsullarının sərgi-yarmarkası keçirilir

Bakıda arı məhsullarının sərgi-yarmarkası keçirilir
# 24 oktyabr 2008 10:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin (KTN) dəstəyi ilə arı məhsullarının sərgi-yarmarkası başlayıb.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, sərgidə 55 rayonu təmsil edən 300-dən çox arıçı iştirak edir. Sərgidə 300 tondan artıq arı məhsulları, o cümlədən 10 kq-dan çox arı tozu, 5 kq arı südü satış məqsədi ilə nümayiş etdirilir. İştirakçılar 7 gün davam edəcək sərgi ilə hər gün saat 11:00-dan sonra tanış ola bilərlər.
B.Əliyevin sözlərinə görə, Azərbaycanda arıçılığın inkişafı üçün lazımi şərait yaradılıb. Nazir müavini bildirib ki, Nazirliyin dəstəyi ilə 300-dən çox arıçılıq müəssisəsi yaradılıb: «Bu müəssisələr birbaşa arıçılığın inkişafına xidmət edir. Bundan əlavə, arıçılıq sahəsində damazlığı inkişaf etdirmək üçün 21 özəl təsərrüfat yaratmışıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR